Dünya ətrafında 80 xəzinə (film, 2005)
Dünya ətrafında 80 xəzinə (ing. Around the World in 80 Treasures) - BBC tərəfindən istehsal olunmuş on seriyalı incəsənət və səhayət sənədli filmidir. İncəsənət tarixi üzrə mütəxəssis Den Kruinkşank tərəfindən hazırlanmış sənədli film ilk dəfə 2005-ci ilin mart-aprel aylarında yayımlanmışdır. Filmin adı Jül Vernin məşhur "80 gün dünya ətrafında" romanının adından götürülmüşdür.
Serialda beş aylıq dünya turuna başlayan tədqiqatçı insanlar tərəfindən yaradılmış və müxtəlif ölkələrdə yerləşən 80 xəzinəni təqdim edilir. Mühüm əhəmiyyətli xəzinələr arasında memarlıq nümunələri və tarixi artefaktlar vardır. Dünya turu çərçivəsində ümumilikdə 34 ölkəni ziyarət edən Kruinkşank yeddi qitədən altısında olur (Antarktidaya getmir). Həmin dövrdə təhlükəli ərazi olduğuna görə tədqiqatçı İraqa getməkdən imtina edir.
Serial boyunca tədqiq edilən 80 xəzinədən başqa tədqiqatçı səfər etdiyi yerlərdə müxtəlif qeyri-ənənəvi qida nümunələrinin (qoyun xayası, beyin, müxtəlif cücülər və sair) dadına baxır, yerli adətlər və ərazinin tarixi haqqında məlumat verir. Nəqliyyat vasitəsi kimi təyyarə, qatar, dəvə, ulaq, ayaq, hava şarı, velosiped, skuter, avtomobil və qayıq istifadə edilir.